...

AZƏRBAYCAN QAZININ DÜNYA SATIŞ BAZARLARI GENİŞLƏNİR

Energetika Materials 13 Sentyabr 2005 13:06 (UTC +04:00)

Yunanıstan və İtaliya noyabrın 4 -də qazın verilməsi üçün sualtı boru kəmərinin tikinitisi barədə razılaşmanı imzalamağı planlaşdırırlar. Boru kəmərinin tikintisi ilə Yunanıstanın Depa (Yunanıstan hökumətinin 65% -lik iştirakı ilə) və İtaliyanın Edison SpA şirkətləri həyata keçirəcək. Regionun qaz bazarının ekspertlərinin Trend ə verdiyi məlumata görə, İtaliya Yunanıstandan Xəzər qazının böyük hissəsini almaq istəyir. (Qazın bir hssəsi Türkiyədən idxal olunacaq).

Ekspertlərin məlumatına görə, Yunanıstan İtaliyaya ildə 10 milyard kubmetrə yaxın qaz verməyi nəzərdə tutur. Ehtimallara görə, Yunanıstanla İtaliya arasında sualtı boru kəmərinin gücü 11,6 mlyrd. kubmetrə və ümumi uzunluğu isə 818 km-ə çatacaq. Bu zaman boru kəmərinin 592 km quruda, 212 km isə dənizdə olacaq. Yunanıstana qaz Türkiyə ilə birləşdirilmiş boru kəməri vasitəsilə veriləcək. Qaz həmçinin, Azərbaycanın "Şahdəniz" yatağından "Stadiya-2" çərçivəsində də veriləcəyi də ehtimal olunur. Layihənin bu hissəsinin reallaşdırılması 2012-ci ilin sonlarına planlaşdırılır.

DEPA-nın proqnozlarına görə, 2005-ci ildə ölkənin 3 milyrd. kubmetr qaza tələbatı olacaq. 2010-ci ildə Yunanıstanda qaza tələbat ildə 6,14 mlyrd. kubmetr, 2015-ci ildə 7,26 mlyrd. kubmetr, 2020-ci ildə tələbatın həcmi ildə 8,43 milyarda çatacaq..

Tükiyənin Dövlət Botas şirkəti 2020-ci ildə bu ölkənin qaza olan tələbatının ildə 43,185 milyard kubmetr olacağını proqnozlaşdırır. Və Azərbaycan qazının almaqla bu dövrdə Türkiyənin tələbatının yalnız 15%-i ödənilir. Botas-ın məlumatına görə, 2010-cu ildən başlayaraq 2020-ci ilə kimi Azərbaycandan ildə 6,6 milyard kubmetr qaz idxal edəcək. Botas -ın proqnozlarına görə, 2020-ci ildə ildə 24 milyard kubmetr olmaqla ən çox idxal Rusiyadan, sonra isə İrandan ildə 9,555 milyard kubmetr olacaq.

2007-ci ildə ölkəyə 41,338 milyard kubmetr qaz ixrac olunacaq və bundan sonra Yunanıstana yalnız 492 milyon kubmetr qaz təkrar ixrac olunacaq. 2007-ci ildə Türkiyənin qaza olan tələbatını ən çox Rusiya (24 mlyrd. kubmetr yanacaq), sonra İran (9,556 milyrd. kubmetr) ödəyəcək. Botas -ın məlumatına görə, azərbaycan Türkiyəyə 2 milyard kubmetr qaz verəcək.

Xəbər lenti

Xəbər lenti