Azərenerji SC elektrik ötürücü xətlərini (EÖX) Bakının mərkəzini "Heydər Əliyev adına" beynəlxalq hava limanı ilə birləşdirən magistral yol boyunca çəkəcək. Azərenerji SC-nin mətbuat xidmətində Trend ə bildirilib ki, planların gerçəkləşdirilməsi üçün yeni metal dirəklər sifariş verilib.
AZENCO -nun direktoru Əhmədiyyə Şahhüseynovun sözlərinə görə, Nizami rayon birinci və ikinci yüksəkvoltlu EÖX-də , "Əzizbəyov" metro stansiyası ilə Sabunçu dairəsinin arasında olan sahədə avtomobil yolu tərəfdən yeddi metal dirək təmir edilib.Bunlar lazım olan avadanlıqla təchiz edilib və elektrik enerjitsinin ötürülməsi üçün hazırdır.
II Ramanı EÖX-də 8 yüksəkvoltlu dirək quraşdırılıb.Bu istiqamətdə həmçinin 6 yeni stansiyanın qoyulması planlaşdırılır. 17,7 km uzunluğunda olan aeroport yolu Bakıxanov, Əmircan, Bülbülə qəsəbələrindən, Suraxanı və Yeni Suraxanı rayonlarından keçir.