...

Qanunsuz tikililər Azərenerji üçün problemlər yaradır

Energetika Materials 14 Oktyabr 2005 16:35 (UTC +04:00)

Yüksəkgərginlikli elektrik xəttlərinin yaxınlığında qanunsuz tikilən yaşayış və məişət obyektləri Azərenerji Səhmdar Cəmiyyəti üçün problemlər yaradır. Trend in məlumatına görə, bu barədə oktyabrın 14-də jurnalistlərə Azərenerji elektrik ötürücüləri idarəsinin rəisi Hacımahmud Abdullayev bildirib.

Onun sözlərinə görə, idarə hökumətə bklə qanunsuz faktların araşdırılması xahişi ilə müraciət edib. Belə müraciət həmçinin, ölkənin hüquq-mühafizə orqanlarına da göndərilib.

"Ölkənin Nazirlər Kabinetinin sərəncamına müvafiq olaraq, sistem əmələ gətirən elektrik ötürücüləri xətti təhlükəsizlik zolağı ilə hasarlanıb. Bu, 110 kV EÖX üçün hər iki tərəfdən 20 metr, 220 kV üçün 25 metr, 330 kV üçün 30 metrdir. Buna baxmayaraq, yerli bələdiyyələr bu torpaq ərazilərini obyektlərin tikintisi və ya kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün əhali arasında paylayıb ", - deyə o bildirib.

H.Abdullayev qeyd edib ki, Səhmdar Cəmiyyətin mütəxəssisləri təhlükəsizlik zolaqlarına baxış keçirərkən qanunsuz faktlar aşkar ediblər. İndiyə kimi sistem yaradan 110 kV-luq elektrik ötürücülərinin yaxınlığında 1428, 220 kV-da 305, 500 kV-da isə 5 belə fakt aşkara çıxarılıb. Bu cür faktlar və təhlükəsizlik zonalarına riayət olunmaması ağır nəticələrə gətirib çıxara bilər. Onun sözlərinə görə, belə hallar Əzizbəyov, Suraxanı, Sabunçu, Nizami rayonlarının inzibati ərazilərində qeydə alınıb. H. Abdullayev həmçinin bildirib ki, Azərenerji öz gücü ilə ümumi uzunluğu 1500 km olan sistemli elektrik ötürücüləri xəttlərində 2005-2006-cı illərin qış mövsümünə hazırlıq çərçivəsində əsaslı təmir işləri aparıb. O qeyd edib ki, 500 kV Abşeron-AzDRES-in EÖX-nin 70 km-də, 330 kV -luq EÖX-nin 250 km -də, 220 kV EÖX-in 600 km-də, 110 kV-luq EÖT-in 500 km -də rekonstruksiya işləri aparılıb.

"Bu bizə qış mövsümündə elektrik təchizatında böyük fasilələrin olmayacağını deməyə əsas verir ", - deyə H.Abdullayev bildirib.

Xəbər lenti

Xəbər lenti