...

ABƏŞ Azərbaycandan neft ixracını xeyli artırıb

Energetika Materials 8 Noyabr 2005 18:17 (UTC +04:00)

2005-ci ilin yanvar-oktyabr ayları ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz blokunu mənimsəyən Azərbaycan beynəlxalq əməliyat şirkəti (ABƏŞ)ümumilikdə 8,98 mln. ton neft ixrac edib ki, bu da 2004-cü ilin on ayı ilə müqayisədə 3,86 mln. ton çoxdur.

ABƏŞ-də Trend ə bildirilib ki, yanvar-oktyabrda Bakı-Supsa ("qərb marşrutu") boru kəməri ilə 5,756 mln. ton Azəri Light nefti, Bakı-Novorossiysk ("şimal" marşrutu) boru kəməri ilə 2,024 mln. ton xammal ixrac edilib.Gürcüstan istiqamətində -Batumi limanı - yanvar-oktyabrda 1,206 mln. ton neft yüklənib.

2005-ci ilin oktyabrında ABƏŞ üç istiqamətdə 1,308 mln. ton neft nəql edib ki, bu da 2004-cü ilin oktyabrı ilə müqayisədə 728,1 min ton çoxdur. ABƏŞ-də qeyd olunub ki, oktyabrda ümumi həcmdən "Qərb marşrutu" ilə 599,5 min ton, "Şimal" marşrutu ilə 341,1 min ton, Bakı-Batumi marşrutu ilə 367,6 min ton neft nəql olunub.

Xəbər lenti

Xəbər lenti