...

Naxçıvanda 110-kV –luq "Sədərək" yarımstansiya gərginliyə qoşulub

Energetika Materials 18 Noyabr 2005 13:36 (UTC +04:00)

Naxçıvan muxtar Respublikasında (NMR) tikintisinə 2005-ci ilin iyununda başlanılan 110 kV-luq "Sədərək" yarımstansiyası gərginliyə qoşulub. Trend in məlumatına görə, bu barədə Azərenerji Səhmdar Cəmiyyətinin yaydığı press-relizdə bildirilir. NMR Energetika İdarəsinin rəisi Yasin Səfərovun sözlərinə görə, əvvəllər Sədərək rayonu qonşu Türkiyədən 31,5 kV EÖX ilə elektrik enerjisi alırdı. Bu zaman kütləvi istehlakçıların elektriklə təminatında itkilərə yol verilir və müəyyən çətinliklər müşahidə olunurdu.

"Sədərək" yarımstansiyasının istismara verilməsi bu problemləri aradan qaldırmağa imkan verir. Y.Səfərov qyed edib ki, hazırda Türkiyə tərəfi Naxçıvana 50-60 MVt enerji verir.

Xəbər lenti

Xəbər lenti