...

Tədarük olunan elektrik enerjisinə yığımın aşağı səviyyəsi Bayva-Enerji üçün problem yaradır

Energetika Materials 5 Dekabr 2005 20:08 (UTC +04:00)

Bayva-Qərbenerji (qərb rayonları) və Bayva-Cənubenerji (cənub rayonları) enerjipaylayıcı şəbəkəsinin operatoru olan Bayva-Enerji təsdiq edir ki, yığımın aşağı səviyyəsi enerjipaylayıcı şəbəkələrinin inkişafında layihələrin gerçəkləşdirilməsi ilə bağlı olaraq şirkətə problemlər yaradır. Bu barədə Trend ə şirkətdə bildirilib.

Oktyabrda şirkət 46 enerjipaylayıcı şəbəkə üzrə əhaliyə 42 mlrd. 426,03 mln. manat məbləğində 441,94 mln kVt/s elektrik enerjisi tədarük edib ki, əhali də bunun cəmi 23,1% yaxud 9 mlrd. 806,05 manatını ödəyib.

Hesablamalara görə, hər bir abunəçi alınmış 573 kVt/s elektrik enerjisinə görə 12703 manat ödəyib. Tovuz-Ağstafada ödəmələrin həcmi 13,4%, Goranboyda 13,5%, Şəkidə - 15,8%, Səlyanda - 14,9%, Biləsuvarda 16,4%, Sabirabadda -19,6%, Bərdədə - 19,4% təşkil edib.

Xəbər lenti

Xəbər lenti