...

"Babək" elektrik stansiyası fevraldan fəaliyyət başlayacaq

Energetika Materials 7 Dekabr 2005 16:21 (UTC +04:00)

"Babək" elektrik stansiyasında qazın qəbuluna şazırlıq üzrə işlər başa çatmaq üzrədir. Trend in məlumatına görə, bu barədə "Azərenerji" Səhşcmdar Cəmiyyətinin məlumatında bildirilir. Naxçıvan Muxtar Respublikasının Energetika İdarəsinin rəisi Yasin Səfərovun məlumatına görə, tikinti-quraşdırma əməliyyatları 80% yerinə yetirilib. Layihədə nəzərdə tutulmuş bütün avadanlıqlar gətirilib və lazımi sənədlər tərtib edilib.

2006-cı ilin fevralından başlayaraq, "Babək" elektrik stansiyasının turbinləri növbə ilə hər ay işə salınacaq. May ayında aqreqatların 4-ü də iş rejiminə keçəcək. Gərginlik üçün hazırlanmış stansiya Muxtar Respublikanın ereji sisteminə əlavə olaraq 40 MVt enerji verəcək ki, bu da Ermənistanın blokadası üzündən Türkiyədən elektrik enerjisi alan NMR-nın şəhər və rayonlarının işıqla təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Xəbər lenti

Xəbər lenti