Astara modul elektrik stansyiasının (MES) tikintisi başa çatdıqdan sonra texnika Şəki MES-in tikintisinə cəlb ediləcək. Bu barədə Trend ə Azərenerji SC-nin mətbuat xidmətində bildirilib.
AZENCO-nun direktoru Cavid Şahbuzovun sözlərinə görə, bir həftə ərzində Astara MES-in bir neçə generatoru qoşulacaq və testləşdiriləcək və 2006-cı ilin əvvəllərində enerji sisteminə elektrik enerjisi daxil olacaq.
Şəkidəki MES-in tikintisi 2006-cı ilin aprelində başa çatdırılacaq. Hazırda ərazidə AZENCO hazırlıq işləri, xüsusilə tikinti-montaj əməliyyatlarının və digər işlərin başlanılması üçün zəruri infrastrukturun toplanması aparılır.