ARDNŞ 2006-cı ilin yanvarında Novorossiysk limanından FOB şərtilə 85 min ton Urals neftinin satışı üçün tenderi bağlayıb. ARDNŞ-də Trend ə bildirilib ki, Glencore treyderi tenderin qalibi olub.
"Neftin bir tanker partiyasının Novorossiysk terminalının 2 saylı körpüsündən yanvarın 30-31-də daşınması gözlənilir" -deyə ARDNŞ-də bildirilib.
2005-ci ildə tenderlərdə Novorossiyskdən ARDNŞ neftini aşağıdakı şirkətlər alıb:
yanvar - LUKOIL (140 min ton), Iitol (80 min ton);
fevral - LUKOIL (160 min ton), Arcadia (140 min ton);
mart - Bp Oil Trading (80 min ton), Total (140 min ton);
aprel - Glencore (160 min ton);
may - RD Shell (80 min ton); LUKOIL (85 min ton);
iyun - Mercuria Energy Trading (min ton);
İyul - Mercuria Energy Trading (170 min ton);
Avqust - Sun Oil (164 min ton), Glencore (142 min ton);
Sentyabr - LUKOIL (79 min ton);
Oktyabr - Mercuria Energy Trading (142 min ton), Iitol (85 min ton);
Noyabr - Glencore (85 min ton);
Dekabr - Glencore (170 min ton).
Beləliklə, 2005-ci ildə ARDNŞ-in neftini Novorossiyskdən daha çox Glencore treyderi - 557 min ton, ikinci mövqedə - LUKOIL - 464 min ton, Mercuria Energy Trading - 394 min ton, Iitol - 165 min ton, Sun Oil - 164 min ton, Arcadia və Total hər biri 140 min ton, Bp Oil Trading və RD Shell hər biri 80 min ton alıb.