...

Yanvarın 11-dən etibarən Barmek Azerbaijan borğlu abunəçilərə elektrik enerjisi tədarükünün dayandırılmasına başlayıb

Energetika Materials 11 Yanvar 2006 19:00 (UTC +04:00)

Yanvarın 11-dən etibarən Barmek Azerbaijan (Bakı və Sumqayıt şəhərlərinini enerjipaylayıcı şəbəkəsinin operatoru) borğlu abunəçilərə elektrik enerjisi tədarükünün dayandırılmasına başlayıb. Bu barədə Trend ə şirkətdə bildirilib.

Bu istiqamətdə Bakı, Sumqayıt və şimal-şərq rayonlarında paralel olaraq işlər aparılır. "Biz yanvardan tədarük olunmuş elektrik enerjisinə görə abunəçilərdən 100%-li yığım həyata keçirmək niyyətindəyik. 2006-cı ilin yanvarından biz Azərenerji SC-yə Bakıya alınmış elektrik enerjisi üçün 100% vəsait ödəməliyik. Buna görə də biz tam vəsait yığımını həyata keçirməliyik" -deyə şirkətin nümayəndəsi bildirib.

Hazırda Bakı və Sumqayıtda 20 min abunəçi və elektrik enerjisinin satışı və istismarı üzrə Xaçmaz regional idarəsinin 6 min abunəçisinin şirkətə 80 mlrd. manat həcmində borcu vardır.

Xəbər lenti

Xəbər lenti