...

Elmi - Tədqiqat Layihə -Axtarış Energetika İnstitutu yaradılıb

Energetika Materials 12 Yanvar 2006 17:18 (UTC +04:00)

Elektrik enerjisi sahəsinin yenidən qurulması və bu sahədə elmi tədqiqatların səmərəliliyini artırmaq proqramı çərçivəsində Azərenerji SC sistemində elmi-tədqiqat və layihə-axtarış energetika institutu (ETLAEİ) yaradılıb. Bu barədə Trend ə SC-in mətbuat xidmətindən məlumat verilib.

Yeni struktur vahidi Elmi-Tədqiqat Energetika və Enerji Layihəsi İnstitutunun və "Bakhidrolayihə" Layihə İnstitutunun bazası əsasında yaradılıb. Belə qərarı SC-in vitse-prezidenti Azərbaycanda elektrik energetikasında, enerdji layihələşdirmələrində elmi araşdırmalara yanaşmanın keyfiyyətcə dəyişməsi ilə izah edir.

M.Əsgərov qeyd edib ki, iki institutunun birləşməsi elmi personalın tərkibində hər hansı ixtisara səbəb olmayıb. "Bütün ixtisaslı kadrlar çox əhəmiyyətlidir və bu gün elektrik sahəsi üçün zəruridirlər. Buna görə də də hər hansı bir struktur dəyişiklik heç bir şəkildə məşğulluğa təsir göstərməyəcək.

Xəbər lenti

Xəbər lenti