...

Nəqliyyat Nazirliyi Bakı nəqliyyat sistemi ilə bağlı tədbirlər planı hazırlayacaq

Energetika Materials 10 Fevral 2006 15:35 (UTC +04:00)

Nəqliyyat nazirliyi strukturu ölkə prezidentinin 2006-2007-ci illərdə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üçün plan hazırlığına dair fərmanından irəli gələn tədbirlər planı hazırlayacaq. Xüsusilə, bu, Bakı şəhərində avtomobil nəqliyyatından, o cümlədən sərnişin daşımalarında iştirak edən avtomobil nəqliyyatından istifadə məsələsinə aid olacaq. Bu barədə Trend ə AR Nəqliyyat Nazirliində (NQ) bildirilib.

Hazırda AR NQ Bakıda körpülərin inşası layihəsi ilə məşğuldur. Azərbaycan hökuməti nazzirliyə Bakıda nəqliyyat infrastrukturunun işinin asanlaşdırılması üçün körpülərin layihələşdirilməsinə $2 mlrd. manat həcmində vəsait ayırıb. Bu vəsaitlə şəhərdəki çox böyük avtomobil yığını üçün yer müəyyən edilməsi, eləcə də körpülərin inşası layihələrinin TİƏ-nin hazırlanması nəzərdə tutulur.

NQ-də qeyd olunub ki, layihələrin hazırlığında ötən araşdırmalar çərçivəsində alınmış məlumatlardan istfadə olunacaq. 2002-ci ildə Yaponiyanın beynəlxalq əməkdaşlıq agentliyi Nazirlər Kabineti və Bakı şəhər İcra hakimiyyəti ilə birgə paytaxtda şəhər nəqliyyatı sisteminin yaxşılaşdırılması ilə bağlı araşdırma aparıb. Bu layihə Central Consulting Inc. və Nipon Koei Co. Ltd. Şirkətləri tərəfindən həyata keçirilib.

Bu layihə çərçivəsində çox yerli avtobusların tətbiqi, yolların dar sahələrinin yaxşılaşdırılması, tramvay sisteminin bərpası, mərkəzləşdirilmiş hərəkət idarə sisteminin yaradılması nəzərdə tutulurdu. Yaponiya şirkətlərinin layihəsinə əsasən,paytaxtda şəhər nəqliyyatının yaxşılaşdırılması layihəsinin gerçəkləşdirilməsi üçün lazım olan vəsait 2020-ci ilədək $1mlrd. Həcmində məbləğ təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti