...

AR DNŞ Batumiyə 7 min ton aviasiya kerosini nəql edib

Energetika Materials 21 Fevral 2006 14:56 (UTC +04:00)

AR DNŞ Gürcüstanın Batumi limanına Roc Oil treyderinə növbəti daşınma üçün yığılması məqsədilə 7 min ton TS-1 markalı aviasiya kerosini nəql edib. Bu barədə Trend ə AR DNŞ-də bildirilib.

Roc Oil Qara dəniz limanlarından Azərbaycan nefti və neft məhsullarının ənənəvi alıcısıdır.

AR DNŞ 25 min ton həcmində partiya təşkil etməyi və Roc Oil üçün tanker yükləməyi planlaşdırır. AR DNŞ Roc Oil üçün Heydər Əliyev adına (keçmiş "Azərneftyanacaq") NEZ-də olan neft məhsulu ilə 25 min ton həcmində daha bir tanker partiyası təşkil etmək imkanını da istisna etmir.

2005-ci ildə AR DNŞ NEZ-dən təxminən 150 min ton kerosin ixrac edib.

Xəbər lenti

Xəbər lenti