...

AR DNŞ Roc Oil treyderinə 15 tıs. ton birbaşa qovulan benzin satıb

Energetika Materials 21 Fevral 2006 15:20 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkəti (AR DNŞ) tenderdə Azərneftyağ NEZ-dən aldığı 15 min ton birbaşa qovulan benzini (nafta) Roc Oil treyderinə satıb. Azərneftyağ NEZ-in tərkibinə daxil olduğu AR DNŞ-dən Trend ə verilən məlumata görə, naftanın iki tanker partiyası Gürcüstanın Poti limanından yüklənib.

"İkinci partiyanın Potidən fevralın 15-16-da yüklənəcəyi gözlənilir", - deyə AR DNŞ-dən bildirilib.

AR DNŞ nümayəndəsi qeyd edib ki, gələcəkdə nafta ixracı bu məhsuldan öz qurğuları üçün yanacaq kimi istifadə edən Azərkimya DŞ-nin tələbatından tamamilə asılı olacaq.

2006-cı ilin yanvarında Azərneftyağ NEZ-in öz məhsulunu dünya bazarlarına sərbəst ixrac etmək səlahiyyətləri AR DNŞ-in "Heydər Əliyev adına" NEZ-in neft məhsullarının satışı və Azərbaycan neftinin ixracı ilə məşğul olan MİƏİ-yə verilib.

Xəbər lenti

Xəbər lenti