...

"Binə" yarımstansiyası martın ortalarında istismara veriləcək

Energetika Materials 28 Fevral 2006 13:01 (UTC +04:00)

Binə qəsəbəsində tikilmiş 110/10kV yeni yarımstansiyadan elektrik enerjisinin verilməsinə bu ilin martın ortalarından başlanacaq. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətindən məlumat verilib.

Hazırda yarımstansiyada quraşdırılmış transformatorlarda işə salma-sazlama işləri başa çatıb.

Beynəlxalq standartlara cavab verən yarımstansiyanın istismara verilməsi Binəyə verilən elektrik enerjisinin keyfiyyətini və etibarlılığını artırmağa imkan verəcək, Mərdəkan, Şüvəlan, Qala, Türkan qəsəbələrinin enerji təchizatını yaxşılaşdıracaq. Hazırda "Azərenerji" Abşeron yarımadasının digər rayonlarında da analoji layihələr həyata keçirməyə başlayır.

Xəbər lenti

Xəbər lenti