...

"Azərenerji" apreldə NMR-də qaz-turbin stansiyasının yenidən quraşdırılmasını başa çatdıracaq

Energetika Materials 6 Mart 2006 13:04 (UTC +04:00)

"Azərenerji" səhmdar cəmiyyəti Naxçıvan qaz-turbin elektrik stansiyasında yenidən quraşdırılan 1 və 2-ci enerji bloklarının iş sxemini hazırlayıb. Hazırda Almaniyanın Enerco, İtaliyanın GTT və Avstriyanın ABB şirkətlərinin mütəxəssisləri tərəfindən yerdə qalan 2 enerji blokunda hazırlıq işləri aparılır. Bu enerji bloklarında həmin şirkətlərin avadanlıqları quraşdırılacaq. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji"nin mətbuat xidmətindən məlumat verilib.

Birinci 2 enerji bloku əsas və köməkçi aqreqatlarda quraşdırma işləri başa çatandan sonra yaxın vaxtlarda istismara veriləcək. Daha bir blok iki ay ərzində istismara veriləcək. Stansiyanın yenidən quraşdırılmasının bu ilin aprel ayında tamamilə başa çatdırılması nəzərdə tutulur. Quraşdırma işlərindən sonra stansiya 40 MVt elektrik enerjisi istehsal edəcək.

Azərbaycan tərəfi, həmçinin, NMR-in Ordubad rayonunda Araz çayı üzərində yeni SES-in inşası layihəsinin texniki-iqtisadi əsaslandırılmasını da İrana təqdim edib. Bu stansiyanın gücü 36 MVt təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti