...

Fevralda "Azərenerji" sistemində 2,24 mlrd. kVt/s-a yaxın enerji istehsal olunub

Energetika Materials 7 Mart 2006 12:43 (UTC +04:00)

Bu ilin fevral ayı ərzində "Azərenerji" səhmdar cəmiyyəti 2 mlrd. 238 mln. kVt/s elektrik enerjisi istehsal edib. Bu, ötən ilin analoji dövründəkindən 6,7% çoxdur. Trend in verdiyi məlumata görə, bu barədə SC-in mətibuat xidmətindən məlumat verilib. Yanvarda sistemdə 2 mlrd. 44 mln. kVt/s elektrik enerjisi isthsal olunub.

Fevral ayında istehsal olunan elektrik enerjisinin ümumi həcmindən 2,007 mlrd. kVt/s elektrik enerjisi İstilik Elektrik Stansiyalarının, 231 mln. kVt/s yaxın isə Su Elektrik Stnasiyalarının payına düşür.

Bu ilin fevral ayı ərzində qonşu ölkələrdən elektrik enerjisinin alınması davam edib. Rusiyadan 80,68 mln. kVt/s, İrandan 64,486 mln. kVt/s və Türkiyədən 40,84 kVt/s elektrik enerjisi alınıb.

Xəbər lenti

Xəbər lenti