...

Cənubi-Qafqaz qaz kəməri tamamilə torpağa basdırılıb

Energetika Materials 13 Mart 2006 13:05 (UTC +04:00)

Hazırda Cənubi-Qafqaz qaz kəmərinin (SCP) 692 km bütün marşrutu boyu boru torpağa basdırılıb. Bu gün Gürcüstanda bütün marşrut üzrə torpağın bərpa olunması ilə bağlı işlər aparılır. Bu barədə Trend ə Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

Son 3 rüb ərzində torpağın üst qatının bərpası üzrə işlər aparılıb, erroziyaya qarşı nəzarət sayğacları quraşdırılıb və torpaq təbii bitki artımı üçün hazırlanıb. Zərurət yaranarsa, əlavə səpin də aparılacaq. "İrəliləyiş həm də xətlərin sınaqdan keçirilməsi sahəsində də əldə olunub", - deyə ARDNŞ-dən bildirilib.

Bu kəmərlə ilk qazın Türkiyəyə nəqli sentyabrın 30-da gözlənilir. Boru kəməri Azərbaycan və Gürcüstan ərazisindən Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkildiyi eyni marşrut üzrə salınıb. Kəmərlə "Şahdəniz" yatağından hasil ediləcək qaz nəql olunacaq. Şahdəniz üzrə PSA iştirakçıları VR (operator - 25,5%), Statoil (25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), LUKAgip (10%), NICO (10%), Total (10%), və TPAO (9%) şirkətləridir.

Hazırda qaz hasilatının həyata keçiriləcəyi TPG - 500 qurğusunun tikintisi aparılır. Onun quraşdırılmaq üçün bu ilin ikinci rübündə yola salınacağı gözlənilir. 2006-cı ildə bu layihə üzrə kapital xərcləri $865 mln. təşkil edir.

Xəbər lenti

Xəbər lenti