...

AR DNŞ "Günəşli" yatağında 11 saylı platformanı genişləndirmək qərarına gəlib

Energetika Materials 24 Mart 2006 11:25 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və ''Azneft'' İB-nin rəhbərliyi ''Günəşli'' yatağındakı mövcud 11 nömrəli dərinsulu platformanı genişləndirmək qərarına gəlib. Qeyd edək ki, şirkət buradan öz vəsaiti hesabına neft və qaz hasil edir. Trend in xəbər verdiyi kimi, AR DNŞ-in məlumatında deyilir ki, yeni blokdan 6 qaz istismar quyusu qazılacaq ki, həmin quyulardan da gündə 2 milyon kubmetr yüksək təzyiqli qaz almaq mümkün olacaq.

Əlavə blok bir neçə il əvvəl tikilib və ''Zığ-2'' sahil körpüsündə yerləşir. Hal-hazırda xüsusi laboratoriya bu tikilinin metal konstruksiyalarının yoxlanması ilə məşğuldur. Bundan sonra isə antikorroziya və boyama işləri aparılacaq.

"Xəzərdənizneftqaztikinti" trestinin rəisi Rizvan Abbasovun sözlərinə görə, bu ilin sonunadək yeni blok dənizə aparılaraq mövcud platformaya birləşdirilib qazmaçılara təhvil veriləcək.

Xəbər lenti

Xəbər lenti