...

Yanvar ayında Azərbaycan idxal olunmuş elektrik enerjisinə görə $13 mln-dan çox vəsait ödəyib

Energetika Materials 15 Aprel 2006 12:51 (UTC +04:00)

Yanvar-fevral ayları ərzində respublikaya $13131,3 min məbləğində 389,3 mln. kVt elektrik enerjisi idxal olunub. Tədarük edilmiş elektrik enerjisinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 57% azalıb. Bu barədə Trend ə Dövlət Statistika Komitəsindən məlumat verilib. Hazırda ölkəyə elektrik enerjisi Rusiya, İran və Gürcüstandan idxal edilir. Türkiyədən elektrik enerjisi blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasına idxal olunur.

Yanvar-fevral ayları ərzində $8613,7 min məbləğində 187,1 min ton sement klinkeri və sement idxal olunub. Bu həcm ötən illə müqayisədə 44,9% çox və 49,3% bahadır. İdxal olunmuş məhsulun ümumi həcminin 116,2 min tonu (2005-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 20,6% çoxdur) $5682,1 min (2005-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 35,7% çoxdur) dəyərində sement klinkerinin payına düşür. Həmin dövrdə $2931,6 min məbləğində (2005-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 85,3% çoxdur) 70,9 min ton (2005-ci ilin yanvar-fevral ayları ilə müqayüisədə 116,7% çoxdur) sement idxal olunub.

Xəbər lenti

Xəbər lenti