...

Bakıda BTC Co Direktorlar Şurasının iclası keçirilir

Energetika Materials 27 Aprel 2006 18:35 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Bakıda BTC Co Direktorlar Şurasının iclası keçirilir ki, burada Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi və bu zaman baş verən ləngimələrlə əlaqədar xərclərin mümkün artımı nəzərdən keçirilir.

Kəmərin Türkiyə ərazisinə düşən sahəsinin tikintisi ilə məşğul olan Botaş şirkəti hazırda BTC Co-dan 400 mln dollar tələb edir. Şirkət bəyan edir ki, işlərin gerçəkləşdirilməsi zamanı marşruta edilən dəyişikliklər, şirkətə aidiyyatı olmayan yubanmalar və əlavə avadanlığın alınması layihənin dəyərinin artmasına gətirib çıxarıb.

Başqa podryatçılar da BTC Co şirkətinə qarşı maliyyə iddiası ilə çıxış edir. Bu iddialara baxılacaq və əsaslı olduğu aşkarlandıqda onlara vəsait ödəniləcək.

Xəbər lenti

Xəbər lenti