...

İran Xəzərin dibi ilə neft kəmərinin çəkilməsinə qarşı çıxır

Energetika Materials 15 May 2006 11:31 (UTC +04:00)

İran Qazaxıstan və Azərbaycan arasında Xəzərin dibi ilə neft kəmərinin çəkilməsinə etiraz edir. Bu barədə İranın Alma-Atadakı səfiri Ramin Mehmandust IRNAya müsahibəsində bəyan edib.

Trend in xəbər verdiyi kimi, onun sözlərinə görə, İran ekologiya sahəsində mövcud problemləri qeyd edərək dəfələrlə bu məsələ ilə bağlı öz mövqeyini bildirib.

R.Mehmandust bildirib ki, Xəzər dənizinə çıxışı olan bütün 5 ölkə, o cümlədən Rusiya Xəzərin beynəlxalq hüquqi statusunu müəyyən etməli və İranla müvafiq müqavilə bağlamalıdır.

Xatırladaq ki, Qazaxıstan Xəzərin dibi ilə boru kəmərinin çəkilməsi imkanlarını nəzərdə keçirir. Bu kəmərlə Kaşaqan yatağından neftin Azərbaycana nəqli planlaşdırılır.

Əvvəllər Qazaxıstan Bakıdan Ərzurumadək Transxəzər qaz kəmərinin inşası layihəsində iştirak etməyə hazır olduğunu bəyan edirdi. Bu barədə Qazaxıstanın baş naziri Danial Axmetov İran prezidenti Mahmud Əhmədi Necadla mayda görüşü zamanı bəyan edib.

D.Axmetovun sözlərinə görə, bu layihədə iştirak Qazaxıstan qarşısında ölkə qazının Avropaya ixracı üçün yeni imkanlar açır. "Bu təkcə ölkə üçün yeni alternativ deyil, həm də yeni iqtisadi imkanlar yaradır", - deyə o qeyd edib. Baş nazir əlavə edib ki, hökumət bu məsələni daha diqqətlə öyrənəcək. Boru kəməri ilə Şahdəniz yatağından təbii qazın nəqli planlaşdırılır. Qazaxıstan iyunun 2-ci yarısında ölkə neftinin BTC boru kəməri ilə nəqlinə dair saziş imzalamaq niyyətindədir. D.Axmetovun sözlərinə görə, "iyunun 2-ci yarısında Azərbaycan və Qazaxıstan dövlət başçılarının BTC-yə dair sazişi imzalaması üçün hər şey ediləcək.

Onun sözlərinə görə, BTC boru kəməri Qazaxıstan neftinin alternativ ixrac marşurutu kimi nəzərdə tutulur. Bununla əlaqədar, Qazaxıstan hökuməti ölkənin bu neft kəmərinə qoşulmasını nəzərdə tutan sənədlər hazırlanır. "Əgər bu iş mayın sonunda başa çatarsa, o zaman gələn ayın ortaları üçün hər iki dövlət başçısı yeni saziş imzalayacaq. Bu halda Qazaxıstan 2008-ci ildə BTC ilə karbohidrogenin ixrac həcmini 7-8 mln tona çatdırmağı planlaşdırır".

Xəbər lenti

Xəbər lenti