...

Hilmi Güler: Azərbaycan qazının Avropaya tədarükü 2006-cı ilin sonunda başlayacaq

Energetika Materials 26 May 2006 18:22 (UTC +04:00)

Azərbaycan qazının türk-yunan kəmərilə nəqli 2006-cı ilin sonunda başlanacaq. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Türkiyənin energetika və təbii sərvətlər naziri Himli Güler bildirib.

"İlin sonunda Türkiyə Azərbaycan qazını Yunanıstana nəql etməyə başlayacaq" - deyə nazir vurğulayıb. Onun sözlərinə görə sonra qaz İtaliyaya nəql ediləcək.

"Biz Avropanı zənginləşdiririk" -deyə o qeyd edib. Qaz kəmərinin tikintisinə ötən ilin iyulunda başlanıb.

Onun dediklərinə görə, kəmərin uzunluğu 300 km təşkil edir ki, bunun 209 km-i Türkiyənin ərazisinə düşür. Həmin kəmər vasitəsilə hər il 3.5 mlrd. m3 qaz nəql ediləcək. Gələcəkdə isə kəmər vasiətsilə 11.5 mlrd. m3 qaz nəql ediləcək.

"Kəmərin yunan hissəsinin dəyəri təxminən 30-40 mln. avrodur, amma Türkiyə hissəsinə çəkiləəck xərclər 250 mln. avroduo. Türkiyənin məqsdəi Avropa, Xəzər regionu və Yaxın Şərq arasında enerji mərkəzinə çevrilməkdir" deyə o bildirib.

Digər vacib layihəsi isə Bakı-Tbilisi-Ceyhan kəməridir.

Xəbər lenti

Xəbər lenti