...

TPAO şirkəti ARDNŞ-i əməkdaşlığa dəvət edir

Energetika Materials 7 İyun 2006 11:21 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Türkiyənin energetika və təbii sərvətlər naziri müavininin köməkçisi Salih Paşaoğlu və bu ölkənin TPAO neft şirkətinin prezidenti Osman Sain Dinci ilə görüşüb. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Görüş zamanı Bakı-Tiflis-Ceyhan neft, Cənubi Qafqaz qaz boru kəmərlərinin layihələri müzakirə olunub. TRAO şirkətinin prezidenti qeyd edib ki, gələcəkdə ARDNŞ ilə əlaqələr daha da inkişaf etdiriləcək.

Onun sözlərinə görə, şirkət artıq Azərbaycanda qoyulmuş sərmayələrdən gəlir əldə etməyə başlayıb. Bundan başqa şirkət həm Azərbaycanda, həm də Türkiyə və Qazaxıstanda gerçəkləşdiriləcək layihələrdə ARDNŞ ilə birgə işləməyə hazırdır. O qeyd edib ki, hazırda Aralıq dənizi sahilində, Ceyhan limanında əməkdaşlıq üçün yeni sahələr var. Bu layihələri müzakirə etmək üçün R.Abdullayev Türkiyəyə dəvət olunub.

Xəbər lenti

Xəbər lenti