2006-cı ilin 1-ci rübündə Azərbaycan $2,3 mlrd. həcmində neft məhsulu ixrac edib ki, bu da ümumi ixracatın 92,5%-ni təşkil edir. Bu barədə Milli Bankın açıqladığı ödəniş balansında qeyd olunur. Ötən ilin müvafiq dövrilə müqayisədə neft məhsullarının ixracı 2,3 dəfə artıb.
Trend agentliyinin məlumatına əsasən, burada $371 mln neft emalı məhsullarının, $1,9 mlrd. xam neftin payına düşür. Eyni zamanda $1,8 mlrd. ABƏŞ tərəfindən hasil olunmuş xammalın payına düşür. Burada $346 mln.Azərbaycana, qalan hissə ($926 mln) isə neft-qaz layihələrinə investisiya qoymuş xarici şirkətlərə çatıb ki, onlar da həmin vəsaitti ölkədən repatriasiya edib. Bu, xarici investisiyaların azalmasına gətirib çıxarır. Konsorsiumun xarici payçıları $532 mln. həcmində gəlirli neft ixrac edib.
ARDNŞ və digər yerli müəssisələr birinci rübdə $103 mln. həcmində xam neft ixrac edib.