...

Ceyhanda neft emalı zavodu inşa edilə bilər

Energetika Materials 10 İyun 2006 11:00 (UTC +04:00)

Türkiyənin "Çalık Grubu" şirkəti Hindistanın "İndian Oil Company" (İOK) şirkəti ilə birgə Ceyhanda sutkada 200 min barel neft emal etmək gücünə malik müəssisənin tikilməsi imkanlarını nəzərdən keçirir.

Trend in Türkiyədəki xüsusi müxbirinin məlumatına görə, belə müəssisənin layihə dəyəri 2 mlrd. dollardır.

Hazırda həmin şirkətlər Samsun-Ceyhan boru kəmərinin qolunun inşası layihəsini gerçəkləşdirir.

Qeyd olunur ki, enerji ehtiyatlarının öz ərazisindən tranziti üzrə boru kəməri yollarının gerçəkləşdirilməsi perspektivində Türkiyə yaxın vaxtlarda özünü qazla artıqlaması ilə təmin edəcək. Türkiyə Energetika Nazirliyinin nümayəndəsi Salih Paşaoğlunun bəyanatına əsasən, dünyada istifadə olunan 300 mlrd kubmetr qazın təxminən 100 mlrd kubmetri yaxın gələcəkdə Türkiyə ərazisindən nəql olunacaq.

Xəbər lenti

Xəbər lenti