İyunun 20-22-də İstanbulda enerji problemlərinə həsr olunmuş illik 9-cu beynəlxalq konfrans keçiriləcək. Bu konfrans Türkiyə Xarici İqtisadi Əlaqələr İdarəsi və Cambridge Energy Research Associates (CERA) araşdırmalar mərkəzi tərəfindən təşkil olunub.
Trend in Türkiyədəki xüsusi müxbirinin məlumatına görə, ilk dəfə belə konfrans 1998-ci ildə keçirilib. Konfrans "Şərq Qərblə görüşür" devizi altında keçirilir. Ötən ilki konfransda dünyanın 30-dək ölkəsindən nümayəndələr iştirak edib.
Bu tədbirdə müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan da nümayəndələrin iştirakı gözlənilir.