...

Qazaxıstan yeni Kurık limanının sərmayədarlarını hələ müəyyənləşdirməyib

Energetika Materials 16 İyun 2006 13:38 (UTC +04:00)

Qazaxıstanda yeni Kurık limanının tikinti layihəsinə sərmayələrin cəlb olunma məsələsi hökümət səviyyəsində həll olunacaq. Trend in Astanadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, Kurık limanının inkişaf layihəsində Qazaxıstanda işləyən bir çox neft şirkətləri maraqlıdır və istisna olunmur ki, tikintini onlar sərmayələşdirəcəklər.

"Hələ sərmayədarlardan söhbət getmir, çünki bu perspektiv məsələsidir. Bu məsələ birmənalı şəkildə hökümət səviyyəsində həll olunacaq. Bu məsələnin həll olma müddətləri barədə hələ heç nə məlum deyil və ona görə də sərmayədarlar haqqında nə isə demək çətindir", - deyə KMQ şirkətinin nümayəndəsi bildirib.

Kurıkda neftdaşıyan terminalın Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəmərinə nəqli üçün lazım olan ilk gücü ildə 10 milyon ton təşkil edəcək. Gələcəkdə terminalın gücünün 20 milyon tona qədər artırılması nəzərdə tutulur. Hazırda "KazMunayQaz" gələcək layihənin müxtəlif texniki tərkiblərini öyrənir. O cümlədən, böyük dedveytli tankerlərlə işləmək üçün dənizdə sahil qurğularının tikilmə zərurəti aydınlaşdırılır.

Hökümətlərarası sazişin təsdiqi məsələsinə gəlincə isə, KMQ şirkətində deyiblər ki, "hər iki tərəfin şərtlərinə əsasən, sənəd həm Qazaxıstan Senatında, həm də Azərbaycan parlamentində təsdiq olunmalıdır".

Xəbər lenti

Xəbər lenti