İyunun 19-20-də Tiflisdə ekspertlər səviyyəsində keçiriləcək görüşdə
Gürcüstanın Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz qaz kəmərindən əlavə həcmdə təbii qaz alması ilə bağlı məsələ müzakirə olunacaq.
Gürcüstanın energetika naziri Nika Gilaurinin Trend in Tiflisdəki xüsusi müxbirinə verdiyi məlumata görə, ekspertlər Azərbaycan və Türkiyədən gələcək.
Onun sözlərinə görə, artıq bir ildir ki, bu məsələ ilə bağlı "Şah-Dəniz" konsorsiumu və Azərbaycan hökuməti ilə danışıqlar aparılır. "Bu məsələdə müəyyən irəliləyişlər var, qarşıdakı görüşdə isə rəqəmləri müəyən edəcək və bəyanat verəcəyik",- deyə nazir qeyd edib.
Əvvəllər imzalanmış müqaviləyə əsasən, qazın nəqli hesabına Gürcüstanda ümumi tranzit həcmirnin 5%-i qalır və daha 5% güzəştli qiymətlə alınır (1000 kub metr qaz 55 dollar). Qiymət hər il 1-5% həddində artacaq.
Qaz kəmərinin istismarının ilk illərində - 2007-2008-ci illərdə Gürcüstan ildə 200-250 mln. kub m, daha sonra - 300 mln kub m, maksimum doldurulma zamanı isə 2011-ci ildə - 800 mln kub m qaz ala biləcək.
Nika Gilauri bəyan edib ki, bu gün Gürcüstan ildə 1,2 mlrd. kub m təbii qaz sərf edir və yaxın illərdə bu göstərici 2-3 mlrd kub metr artacaq.