İyulun 21-də Ceyhan limanından Bakı-Tbilisi-Ceyhan boru kəmərilə çatdırılmış nefti daşıyan 2-ci tanker göndəriləcək. Bu barədə Trend ə BTC Co-nun operatoru olan BP Azerbaijan şirktəindən məlumat verilib. Bu neft partiyası BP və Türkiyənin TPAO şirkətinə məxsusdur.
2-ci partiyanın həcmi 600 min bareldən çox olacaq. Hazırda 85 min tonluq tanker artıq yüklənib və bu gün göndəriləcək.
3-cü partiya bu ayın sonuna qədər göndəriləcək. 600 min barellik bu partiya Statoil şirkətinə məxsusdur
Hazırda boru kəmərilə gündə 200 min bareldən çox neft nəql olunur. İyul ayından etibarən bu həcm 300 min barelə qədər artırılacaq ki, bundan sonra tankerlərin göndərişi tezləşəcək.