...

Sənaye və energetika naziri Qara dəniz regionu üzrə beynəlxalq konfransda iştirak edəcək

Energetika Materials 3 İyul 2006 16:37 (UTC +04:00)

Sənaye və energetika naziri Natiq Əliyev Beynəlxalq Qara Dəniz Tədqiqat Mərkəzi tərəfindən Rodos adasında (Yunanıstan) təşkil olunan illik konfransda iştirak edəcək. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

"Qara dəniz regionu: Quo Iadis?" adlı konfrans iyulun 7-8-də keçiriləcək. N.Əliyev geniş məruzə ilə çıxış edəcək. Konfransda mövcud vəziyyət və Qara dəniz regionunun gələcək inkişaf meylləri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti