...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 5 İyul 2006 13:24 (UTC +04:00)

İyulun 4-də bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $71,43 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,96 aşağı düşüb). Neft Ceyhan limanına BTC boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, iyulun 4-də bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $72,68 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,97 aşağı düşüb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

İyulun 4-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $66,31 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,35 aşağı düşüb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

İyulun 4-də bir barel DTD neftinin qiyməti $72,61 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,41 aşağı düşüb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

Xəbər lenti

Xəbər lenti