...

CQ kəmərinin yoxlanılması üçün ABƏŞ AÇQ-dan təxminən 18 mln. m3 səmt qazı verib

Energetika Materials 5 İyul 2006 18:38 (UTC +04:00)

İyunda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Cənubi Qafqaz boru kəmərində yoxlama işlərinin həyata keçirilməsi üçün "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılmış 7,7 mln. m3 qaz verib. Layihənin iştirakçısı olan ARDNŞ-dən Trend ə verilən məlumata əsasən, iki ay ərzində bu məqsəd üçün 18,4 mln. kub metr qaz verilib.

Qaz kəmərə mayın 21-də Səngəçal terminalında doldurulub. Hazırda presləmə, eləcə də qurğu və avadanlığın yoxlanılması həyata keçirilir. Gürcüstan-Türkiyə sərhədinədək olan hissənin yoxlanılmasına avqustda, qazın Səngəçal terminalındakı emal qurğusu və "Şahdəniz" yatağına gedən dəniz boru kəmərlərinə vurulmasından sonra başlanacaq.

"Şahdəniz" - CQ ixrac sisteminin tam yoxlanılması üçün təxminən 0,1 mlrd. kub metr qaz lazımdır.

Xəbər lenti

Xəbər lenti