...

BTC Co avqustda Ceyhandan Azərbaycan yüngül neftinin ixracını artıracaq

Energetika Materials 15 İyul 2006 12:05 (UTC +04:00)

Avqustda BTC Co boru kəməri şirkəti Türkiyənin Ceyhan limanından təxminən 1,18 mln. ton Azeri Light növlü neft yükləyəcək. Bu neft "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilir. Trend in xəbər verdiyi kimi, bu həcmin 135 min tonu Azərbaycan Dövlət Neft Şirkətinin payına düşəcək.

Avqustda Ceyhandan 12 tanker neft partiyası yüklənəcək: hər birində 600 min barel neft olan 8 partiya və hər birində 1 mln barel neft olan 4 partiya. İyulda Ceyhandan 6,6 mln barel Azeri Light nefti ixrac olunacaq. Yüklənmə 9 mövqe üzrə həyata keçiriləcək.

ARDNŞ-in avqustda Ceyhandan öz neftinin satışı üzrə elan etdiyi tender iyulun 19-da başa çatacaq. İxracın avqustun 11-13-də həyata keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti