...

ARDNŞ yeni quyu qazmağa başlayıb

Energetika Materials 20 İyul 2006 19:14 (UTC +04:00)

''Qum adası'' Dəniz Qazma İşləri İdarəsi ''Qum-dəniz'' yatağında yeni istismar quyusunun qazma işlərinə başlayıb. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Azərbaycan Dövlət Neft Şirkətindən xəbər veriblər.

Qirməki altı lay dəstəsinə qazılan 457 nömrəli həmin quyunun layihə dərinliyi 3750 metrdir. Hazırda quyuda qazma işləri 740 metrdə aparılır. Quyudan bu ilin sonuna qədər neft hasil edilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti