...

AzeriFugro BM Atırau yaxınlığında geotexniki işləri davam etdirəcək

Energetika Materials 24 İyul 2006 16:06 (UTC +04:00)

1 avqust 2006-cı ildən etibarən "AzeriFugro" Azərbaycan-Niderlandiya birgə müəssisəsi Agip KCO şirkətinin sifarişi ilə Xəzər dənizinin Qazaxıstan sektorunda geotexniki işləri davam etdirəcək. Bu barədə Trend ə şirkətdən xəbər veriblər. İşlər Atırau şəhərinin yaxınlığında dənizdə görüləcək.

Şirkət torpağın mühəndis xüsusiyyətlərini tədqiq edəcək, həmçinin boru kəmərinin süni adadan sahilə çəkilişi üçün geotexnika gətirəcək. İşlər 6 həftə ərzində davam etdiriləcək.

Bu layihə üzrə işlərin bir hissəsi ötən il yerinə yetirilib. Geotexniki quyuların qazıntısı Qazaxıstan tərəfinə məxsus barjadan aparılacaq.

Xəbər lenti

Xəbər lenti