Azərbaycan və Gürcüstan tədarük edilmiş elektrik enerjisinə görə borcun qaytarılması məsələsinin müzakirəsini davam etdirirlər. Bu barədə Trend ə "Azərenerji" SC-nin baş mühəndisi Saleh Məmmədov bildirib. Gürcü tərəfi əvvəllər tədarük etdiyi elektrik enerjisinə görə borcu bu ilin yayında Azərbaycana qaytarmağı təklif edib, lakin Azərbaycan tərəfi bu borcu qışda, elektrik enerjisinə tələbatın artdığı vaxtda almaq istəyir.
Onun sözlərinə görə, gürcü tərəfi 32 mln. kVt/s elektrik enerjisi həcmində ümumi borcdan təxminən 17 mln. kVt/s elektrik enerjisini artıq qaytarıb. Qalan 15 mln. kVt/s elektrik enerjisi sonra qaytarılacaq.
Bu il yanvarın 22-dən 31-ə qədər Azərbaycandan Gürcüstana tədarük edilən 4,138 mln. kVt/s elektrik enerjisi artıq qaytarılıb.
32 mln. kVt/s həcmində borc ötən əsrin 90-cı illərinin əvvəlində yaranıb.