...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 27 İyul 2006 14:44 (UTC +04:00)

Trend analitik-informasiya agentliyi İyulun 26-da bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $73,48 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,15 artıb). Neft Ceyhan limanına Bakı-Tbilisi- Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, iyulun 26-da bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $74,57 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,14 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

İyulun 26-da bir barel URAL (EX-NOIO) neftinin qiyməti $67,88 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,81 artıb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8%-ə qədərdir.

İyulun 26-da bir barel DTD neftinin qiyməti $74,30 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,52 artıb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növlü neftin "qərb" boru kəməri ilə dünya bazarlarına ixracına 1999-cu ildə Gürcüstanın Supsa limanından başlanıb.

Xəbər lenti

Xəbər lenti