...

BP: Azərbaycan ümumi energetika təhlükəsizliyində vacib rol oynayır

Energetika Materials 27 İyul 2006 18:48 (UTC +04:00)

Bu gün dünyada təsdiqlənmiş neft ehtiyatı 1,1 trln. barel təşkil edir. Hazırkı hasilat sürətilə bu ehtiyat 42 ilə tükənə bilər. Bu barədə Trend agentliyinin məlumatına əsasən, BP Group-un Makroiqtisadiyyat şöbəsinin rəhbəri Mark Henstric bildirib.

Lakin onun sözlərinə görə, bu o demək deyil ki 42 ildən sonra ehtiyatlar tam tükənəcək, çünki dünyada hələ kəşf edilməmiş və təsdiqlənməmiş çoxlu ehtiyat var.

M.Henstric deyib ki, Azərbaycan ümumi energetika təhlükəsizliyində vacib rol oynayır. Bu, xüsusilə də, "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənilməsi və Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin istifadəsinə aiddir.

Gələcəkdə dünya neft hasilatında Azərbaycanın payı 1% təşkil edəcək. Hələlik isə bu rəqəm 0,6%-dir. Lakin bu göstərici dünyada artan tələbatın təminatı baxımından böyük rol oynayacaq. Azərbaycanın neft hasilatı həcmilə dünyada neftə artan tələbatın həcminin nisbəti həm Azərbaycan, həm də dünyadakı neft hasilatından asılı olacaq.

Xəbər lenti

Xəbər lenti