İyulun 31-də bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $73,81 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,22 artıb). Neft Ceyhan limanına Bakı-Tbilisi- Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.
Trend in xəbər verdiyi kimi, iyulun 31-də bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $74,78 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,80 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.
İyulun 31-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $67,99 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,88 artıb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8%-ə qədərdir.
İyulun 31-də bir barel DTD neftinin qiyməti $74,78 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,87 artıb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.
"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növlü neftin "qərb" boru kəməri ilə dünya bazarlarına ixracına 1999-cu ildə Gürcüstanın Supsa limanından başlanıb.