...

Azərbaycan neftinin qiyməti xeyli artıb

Energetika Materials 2 Avqust 2006 13:03

Trend-i buradan izləyin

Avqustun 1-də bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $75,36 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,55 artıb). Neft Ceyhan limanına Bakı-Tbilisi- Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, avqustun 1-də bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $76,29 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,51 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Avqustun 1-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $69,35 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,36 artıb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8%-ə qədərdir.

Avqustun 1-də bir barel DTD neftinin qiyməti $76,46 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,98 artıb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növlü neftin "qərb" boru kəməri ilə dünya bazarlarına ixracına 1999-cu ildə Gürcüstanın Supsa limanından başlanıb.

Xəbər lenti

Xəbər lenti