İyulda "Azərenerji" SC 1,7 mlrd kVt elektrik enerjisi istehsal edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 6,9% çoxdur. Bu barədə SC-nin məlumatında deyilir.
İyulda istehsal olunmuş elektrik enerjisinin ümumi həcminin 1,5 mlrd. kVt istilik-elektrik stansiyalarının, təxminən 0,2 mlrd. kVt isə su elektrik stansiyalarının payına düşür.
Bu ilin iyul ayı ərzində qonşu ölkələr tərəfindən enerji tədarükü davam edib. Rusiyadan 77,9 mln. kVt, İrandan- 37 mln. kVt, Türkiyədən - 17 mln. kVt enerji alınıb.
İlin əvvəlindən "Azərenerji"də 14,2 mlrd kVt elektrik enerjisi istehsal olunub. Bunun 12,4 mlrd. kVt İES-in payına düşür. Kənardan tədarüklər 1,06 mlrd. kVt təşkil edib ki, bu da ötən illə müqayisədə 12% azdır.