İyul ayında H.Əliyev adına neftemalı zavodu (keçmiş "Azərneftyanacaq") 0,20 min ton neft koksu istehsal edib. Bu, proqnozdan 10,30 min ton azdır (-98,1%). Bu barədə Trend ə Azərbaycanın Dövlət Neft Şirkətindən xəbər verilib.
Yanvar-iyul aylarında neft məhsulunun bu növünün istehsalı 43,29 min ton təşkil edib, bu isə proqnozdan 13,41 min ton azdır. Ötən il müəssisədə neft koksu istehsal edilməyib.
Azərbaycanda istehsal edilən neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.