Ramiz Mirzəyev Azərbaycanın sənaye və energetika nazirinin müavini təyin olunub. Bu barədə Trend ə nazirlikdən bildirilib.
Ramiz Mirzəyev 1954-cü ildə Azərbaycanın Tovuz şəhərində anadan olub. 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1999-cu ildə Azərbaycan Neft Akademiyasını, 2000-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1997-ci ildən "Azərneftyağ" NEZ-in rəhbəridir. Ailəlidir, iki övladı var.