...

"Azərejnerji" sayğacların alınması üzrə tender elan edib

Energetika Materials 24 Avqust 2006 16:27 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, "Azərenerji" SC əhalinin enerji təminatının və iqtisadiyyatın yaxşılaşdırılması, ilin sonunadək bütün abunəçilərə sayğacların, o cümlədən paylayıcı şəbəkələrdə uçot və nəzarət sayğaclarının quraşdırılmasına dair Azərbaycan prezidentinin sərəncamı çərçivəsində lazımi avadanlıq, maşın və mexanizmlərin, o cümlədən materialların əldə olunması üzrə tender elan edib.

Tender 3 lot üzrə keçirilir: sayğacların alınması, maşın və mexanizxmlərin alınması, materialların əldə olunması. Tenderdə iştirak etmək istəyən iddiaçılar analoji işləri yerinə yetirmə və bu cür avadanlıqların satış təcrübəsinə malik olmalıdır. Təkliflər avqustun 28-dək təqdim olunmalıdır. Təkliflər paketi 29 sentyabr 2006-cı ildə açılacaq.

Xəbər lenti

Xəbər lenti