...

Britaniyanın BP şirkəti BP-Azərbaycan şirkəti rəhbərinin dəyişdiyini bildirib

Energetika Materials 1 Sentyabr 2006 17:45 (UTC +04:00)

Azərbaycanda böyük layihələrin operatoru BP şirkəti bildirib ki, 2006-cı il noyabrın 10-dan Bil Şrader (Bill Schrader) BP-Azərbaycan şirkətinin prezidenti Devid Vudvordu əvəz edəcək. Trend xəbər verir ki, bu barədə BP-Azərbaycan şirkətinin məlumatında qeyd olunub.

Bil Şrader BP şirkətinin layihələrində 26 illik təcrübəyə malikdir. O, ABŞ, Böyük Britaniya, İndoneziya və Anqolada çalışıb. O, BP-Anqola şirkətinin baş icraçısı vəzifəsindən çıxdıqdan sonra BP-Azərbaycan şirkətinə rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti