Azərbaycan Milli Geoloji-Kəşfiyyat Xidməti öz bazaları üçün avadanlıq və əsas vəsaitlərin alınması üzrə açıq tender elan edib.
Trend in xəbər verdiyi kimi, tender quyuların qazılması üçün avadanlığın, güc mexanizmlərinin, ehtiyat hissələrinin, nəqliyyat vasitələrinin, laboratoriya işləri üçün avadanlığın, geofiziki və digər cihazların, o cümlədən xüsusi avadanlığın alınması üzrə keçirilir.
Abadlıq işləri çərçivəsində Culfa rayonunda Naxçıvan Geoloji-Kəşfiyyat Ekspedisiya Bazasının Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun texnoloji araşdırmalar mərkəzinin yenidən qurulması, xüsusi elektron stendin yaradılması nəzərdə tutulur.
Təkliflər 30 bank günü ərzində qəbul olunur.