...

Naxçıvan MR-də elektrik enerjisinə görə yığım 70%-dək artıb

Energetika Materials 14 Sentyabr 2006 16:23 (UTC +04:00)

Son iki ay ərzində Naxçıvan Muxtar Respublikasında (NMR) elektrik enerjisinə görə ödəniş 70%-ə yaxın olub. Trend in "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə NMR Dövlət Enerji Agentliyinin başçısı Yasin Səfərov məlumat verib.

Bir qədər əvvəl isə yığımın orta illik səviyyəsi 45%-i keçmirdi. Muxtar respublikada yığım artımı elektrik təsərrüfatının qaydaya salınması, fərdi sayğacların quraşdırılması, müasir texnologiyalar tətbiq etməklə yerli elektrik xətləri və kabellərin yeniləşdirilməsi üzrə aparılmış konkret tədbirlər nəticəsində mümkün olub.

Həmçinin NMR-də elektrik enerjisinin istehlakı aşağı düşməkdədir. 2006-cı ilin avqustunda tədarük olunan elektrik enerjisinin həcmi 76 mln. kVt/saat olduğu halda, keçən ilin analoji döründə bu rəqəm 77,566 mln. kVt/saata bərarbər olub.

Xəbər lenti

Xəbər lenti