...

Azərbaycan Dövlət Neft Şirkəti "Abşeron" buruğu ilə işlərə başlayır

Energetika Materials 18 Sentyabr 2006 18:29 (UTC +04:00)

Bu yaxınlarda "Abşeron" buruq qurğusu "Qərbi Abşeron"un cənub hissəsində yeni qazıntı nöqtəsinə yerləşdirilib. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Yeni nöqtə əvvəlkindən 1 600 metr məsafədə yerləşir. Yaxın vaxtlarda orada qazıntı başlayacaq.

Güman edilir ki, yeni nöqtədə beş quyu qazılacaq. Onların istismar quyusu olacağı nəzərdə tutulub.

Hazırda yatağın bu hissəsində qazıntı "Xəzər-4" buruğundan aparılır. Quyunun layihə dərinliyi 820 metr təşkil edir. Hazırda quyunun dibi 445 metr dərinlikdədir. Bu qurğudan cəmi beş quyunun qazıntısı nəzərdə tutulub. Bu quyuların qabaqlayıcı quyu olacağı güman edilir. Quyular qazıldıqdan sonra onlar platformadan sonrakı hasilat üçün konservləşdiriləcəklər.

ARDNŞ-də hesab edirlər ki, açıq yataq - işlənmə üçün səmərəlidir. Bu onunla izah olunur ki, yataq sahilin, həmçinin neft nəqli üzrə mövcud kommunikasiyaların yaxınlığında yerləşir. Hazırda konturlar müəyyən olunur və yatağın bu hissəsində ehtiyatlar qiymətləndirilir. Quyuların dərinliyi təxminən 800-1000 metr təşkil edir.

ARDNŞ "Qərbi Abşeron" yatağının cənub hissəsində hasilat platforması quraşdırmaq niyyətindədir. Platforma sahildən 40-50 metr kənarda quraşdırılacaq. Mütəxəssislərin qiymətləndirmələrinə görə, yataqda təxminən 1,5 mln. şərti yanacaq ehtiyatı var.

Xəbər lenti

Xəbər lenti