...

Azərbaycan Sənaye və Energetika Nazirliyi ünvanını dəyişəcək

Energetika Materials 27 Sentyabr 2006 20:58 (UTC +04:00)

Azərbaycan Sənaye və Energetika Nazirliyi yaxın vaxtlarda ünvanını dəyişmək niyyətindədir. Hazırda qurum "Qipromorneftqaz" institutunun binasında yerləşir. Trend in xəbər verdiyi kimi, bu gün sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, nazirlik "Hökumət evi"nin binasında yerləşdiriləcək.

"Əməkdaşlarının normal iş şəraitini təmin etmək üçün nazirlik binanı dəyişdirməlidir", - deyə nazir qeyd edib.

Sənaye və Energetika Nazirliyinin əsasnaməsinə əsasən, qurumun işçi ştatı 180 nəfər təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti